Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin Kiyevdə öldürülməsi, Rusiya generalları və vətəndaşlarının qətlinə cavab olaraq həyata keçirilmiş qisas ola bilər.
Bakupost.az xəbər verir ki, bu fikri NEWS.ru-ya müsahibəsində Rusiya İqtisad Universitetinin dosenti, hərbi ekspert Aleksandr Perenciyev bildirib.
Onun sözlərinə görə, bu, Rusiyaya qarşı terror fəaliyyətində iştirak edən şəxslərin aradan qaldırılmasının yalnız başlanğıcı ola bilər.
"Mən tam ehtimal edirəm ki, Voroniçin öldürülməsi generallarımızın qətlinin qisasıdır. Həm də təkcə generallara görə yox, ümumiyyətlə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən öldürülən bütün Rusiya vətəndaşlarına görə bir qisasdır. Bu, politoloq Daria Duqinaya, yazıçı Vladlen Tatarskiyə və “Crocus City”də insanların kütləvi şəkildə güllələnməsinə görə təşkil olunan qisasdır. Düşünürəm ki, o, Rusiya vətəndaşlarının ölümünə görə məsuliyyət daşıyan ilk şəxs deyil və bu kimi başqa qətllər də olacaq. Bu, Rusiya ərazisində terror fəaliyyətləri ilə məşğul olan və onu tapa bilməyəcəyimizi düşünən hər kəsə siqnaldır," - deyə Perenciyev qeyd edib.
Onun sözlərinə görə, Voroniçin aradan götürülməsi işi öz işinin peşəkarı tərəfindən həyata keçirilib. O vurğulayıb ki, zəif hazırlaşmış bir insanın hədəfə çatması və planı yerinə yetirməsi çətin olardı.
"Əlbəttə ki, Voroniçin öldürülməsində xüsusi təyinatlı iştirak edib. O, heç vaxt və heç yerdə özünü göstərməyəcək. Belə bir hədəfə elə-belə, təsadüfi biri asanlıqla çata bilməz. Bizim xüsusi təyinatlılardan biri demişdi: “Bizim üçün mümkünsüz heç nə yoxdur, əsas odur ki, əmr verilsin. İstənilən adamı tapıb, aradan götürərik. Deməli, əmr verilib," - deyə Perenciyev yekunlaşdırıb.
Lalə,
BakuPost
Rusiyanın hərbi eksperti özünü qanmazlığa qoyub, Səbəbindən asılı olmayaraq, bir dövlətin digərinin ərazisində qətl törətməsi dövlət səviyyəsində həyata keçirilən terror aktıdır. Demək bu adam iddia edir ki, rusun elədiyi humanist aktıdır, ancaq eyni hərəkət rusa qarşı edilirsə terrorizmi.