Ru
12:26 / 30 İyul 2025

Şahin Şıxlinskinin oğlu barədə məhkəmədən yeni QƏRAR

Şahin Şıxlinskinin oğlu barədə məhkəmədən yeni QƏRAR
Eye

Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki ay müddətinə həbs edilməsi barədə həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Sverdlovsk Vilayət Məhkəməsi iş materiallarına baxaraq və tərəflərin fikirlərini dinləyərək Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq”, - məlumatda deyilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar