Ru
10:51 / 11 Dekabr 2023

Prezidentliyə namizədlər açıqlanır - Şok adlar

Prezidentliyə namizədlər açıqlanır - Şok adlar
Eye

Bu gün 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədlər açıqlanacaq.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, namizədlər siyahısında Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa və Razi Nurullayevin olacağı gözlənir.

Eyni zamanda, AĞ Partiya başqanı Tural Abbaslı və Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlünün də namizədlər sırasında olacağı iddia edilir.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Şərhlər
  • Oxucu

    Seçilmişlər!!!

  • N.Seyfeli.

    Goresen, bunlar heqiqetenmi prezident olmaq isteyirler? SHair demishken: shaire ilhamdan maye gerekdir, anasiz ushaga daye gerekdir, shairem soyleyir yerinden duran, adamin uzunde haya gerekdir!

  • Mubariz

    Bunlar Prezidentin seçkidə vəkili olacaq ?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar