Ru
15:04 / 29 Yanvar 2024

Putinin Cənubi Uraldakı gizli bunkeri - 300 min nəfər gizlənə bilər? - FOTO

7767
Cənubi Uralın ən yüksək nöqtəsi - 1640 m yüksəklikdəki Yamantau dağ silsiləsi altında nəhəng bir bunker var. Üçüncü Dünya Müharibəsi baş verərsə, burada 300 min nəfəri yerləşdirilə biləcəyi bildirilir.

Bakupost.az sözügedən sığınacaq haqqında New Voice saytında dərc olunan “Putinin gizləndiyi yer” adlı məqaləni təqdim edir. Qeyd edək ki, məqalədə rus diktatorunun sığına biləcəyi beş yeraltı bunkerin adı çəkilir.



Geniş ictimaiyyət bu bunkerin varlığından 1996-cı ildə The New York Times-da “Soyuq müharibənin başa çatmasına baxmayaraq, Rusiya gizli kompleks tikməyə davam edir” məqaləsinin dərcindən sonra xəbərdar oldu.

Amerikalıların fikrincə, gizli yeraltı sığınacağın tikintisi SSRİ-nin baş katibi Leonid Brejnevin dövründə Sovet İttifaqı ABŞ-la silahlanma yarışına girəndə başlayıb. Nəşrə şərhində Pentaqon rəsmisi, çox güman ki, materialın dərc olunduğu vaxt tikintisi davam edən bu sığınacağın nüvə silahlarına nəzarət mərkəzi və Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi üçün bunker rolunu oynayacağı fikrini səsləndirib. Eyni zamanda, NYT öz mənbələrinə istinadən Yamantau yaxınlığında gizli silah istehsalı zavodunun yerləşə biləcəyi versiyasını irəli sürüb.

ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının məlumatına görə, Yamantau dağı gizli bomba sığınacağı kompleksi ola bilər.



Bu obyektin tədqiqatçılarının dediyinə görə, Cənubi Uralda xüsusi sığınacaq yaradılması Üçüncü Dünya Müharibəsi zamanı sovet rəsmilərinin orada təhlükəsiz qalmaları üçün nəzərdə tutulub. Dağ silsiləsinin altında yüzlərlə metr uzanan və eyni vaxtda 300 minə qədər insanın yerləşə biləcəyi yeraltı kompleks var. Bundan əlavə, sığınacaq daxilində bütün lazımi infrastruktur yaradılıb, kommunikasiyalar quraşdırılıb və həyati vacib təminat sistemləri yaradılıb ki, bunun sayəsində sorada ən azı altı ay yerin səthinə qalxmadan yaşamaq mümkündür.

Xüsusi obyektin yeri təsadüfən seçilməyib. O, ölkənin daxili hissəsində, Moskvadan 1,5 min km məsafədə yerləşir. Yamantau dağ massivi, layihəyə görə, Rusiya Federasiyasına mümkün nüvə hücumunun şok dalğasını udmalıdır.

Tədqiqatçılar xatırladırlar ki, Putin prezidentliyinin əvvəlində Yamantaudan bir neçə on kilometr aralıda yerləşən Cənubi Ural dağ-xizək kurortu Abzakovoda tez-tez olurdu. Rəsmi versiyaya görə, rus diktatoru sadəcə, orada xizək sürməyi xoşlayır. Qeyri-rəsmi versiyada isə güman edilir ki, Putin 2002-ci ildə tikintisi başa çatan gizli yeraltı obyektdə işlərin gedişinə şəxsən nəzarət etmək üçün bölgəyə gəlib.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər