Ru
08:30 / 10 Mart 2023

Qalın paltarlar xəstəliyə səbəb olur - "Kələm" kimi geyinmək nədir?

4487
Mütəxəssislər kələm kimi, nazik, qat-qat geyinməyi tövsiyə edir.

Bakupost.az xəbər verir ki, bununla bağlı onlar xəbərdarlıq edib.

Bildirilib ki, qalın paltarlar hərəkətə əngəl olduğu üçün tərləməyə səbəb olur.



Qalın paltarlar gəzərkən belə tərlətdiyi üçün qış günlərində soyuqlama və qripə tez yoluxmağa səbəb olur.
Həddindən artıq qalın paltardan yaranan tərləmə bədənə zərər verir.

Bədənin funksiyaları üçün tərin buxarlanması vacibdir. Lakin qalın paltar bədəndən tər götürüb çölə verə bilmədiyi üçün bədən nəm və yaş qalır. Bu zaman tərin yaratdığı soyuq mühit orqanizmin müqavimətinin azalmasına və xəstəliklərə yol açır.




Mütəxəssislərə görə, soyuq qış günləri yox, yanlış seçilən paltarlar xəstə edir. Onlar kələm kimi qat-qat geyinməyi tövsiyə edir. Qışda üstünlük verilən paltarların yun yox, 100 faiz pambıq olmasını təklif edirlər.

İncə və bir neçə qat paltar geyinilərsə, hava isti olduğu zaman 2 paltarı çıxarmaqla tərləmənin qarşısını almaq olar.

Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər