Ru
21:57 / 30 İyul 2025

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələyə adladı!

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələyə adladı!
Eye

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.


Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.


Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.


Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.


Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

***

68-ci dəqiqədə Kadi penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.

***

Ceyms Norris 44-cü dəqiqədə avtoqol müəllifi oldu: 1-0.

***

"Qarabağ" - "Şelburn" qarşılaşması start götürdü.

***

19:40

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və İrlandiyanın "Şelburn" komandalarının start heyətləri açıqlanıb.


Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 15. Leandro Andrade, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Şelburn": 13. Vessel Spil, 4. Kameron Ledvic, 18. Ceyms Norris, 15. Samuel Bon, 24. Lüis Templ, 5. Ellis Çapman, 8. Mark Koyl (kap.), 17. Daniel Kelli, 10. Con Martin, 11. Ademipo Odubeko, 23. Kerr Maklnroy

Ehtiyat oyunçular: 19. Lorkan Holi, 2. Çon Qannon, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 14. Alister Kute, 27. Evan Ceffri, 13. V.Spil, 50. A.Topçu, 5. E.Çapman, 9. Ş.Boyd, 16. C.O'Sullivan, 49. R.Offor

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şelburn" oyunu saat 20:00-da başlanacaq.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar