Ru
14:11 / 10 Avqust 2025

"Qarabağı Əliyev alıb" demək satqınlıqdır?

"Qarabağı Əliyev alıb" demək satqınlıqdır?
Eye

Bir şey olmamış kimi ortaya düşüb "sən 6 il yatmısan, heyf" deyib məni öz aləmində haqsız çıxaran adamlar var. Bunlar bir dəstədirlər. Görürsüz yazdıqlarını.

Mən 6 il həbsdə olmuşam, bu gün elədiyim heç nəyə görə də peşiman deyiləm. Eləmişəm, arxasındayam.

Həbsxanaya da necə girmişdim elə də çıxdım. Hamınız da bilirsiz bunu. Gözünüzün qarşısında oldu.

21 yaşında siyasi ambisiyasız bir uşaq həbsə girib 6 il sınmadan oradan çıxdı. Bunun qədrini bilməyib çirkab atan adam zatən eşşəkdir.

Mübarizəmdə də kişi kimi davranmışam. Hamınız da bilirsiz, elə olub.

Pul üçün, vəzifə üçün eləməmişəm. Qrant almamışam. Qürur duyuram özümlə, cəsarətimlə.

Amma 6 il içəridə yatmağın hansısa mövqeyə nə dəxli? "Qarabağı Əliyev alıb" demək satqınlıqdı? Yaxşı, demirik. Sual: Bəs kim alıb?

Çünki tarix həmişə zəfəri qazanan liderin adını yazır. İndi deyirsiz, İlham Əliyevi yazmayaq, satqınlıqdır.

Yaxşı, bəs kimi yazaq? Ciddiyəm. Kimi yazaq?

Çoxunuzun ağlında cavab yoxdu. Kilidlənib qaldınız ki, həqiqi kimi yazaq?

İndi mən bunu deyirəm, dərhal çirkab e. Adamların səhv, düz vecinə deyil.

Yəni açıq-aşkar deyirlər ki, sənin 6 ilini alıb bu hökümət. Şəxsi qəzəbin böyük olmalıdır hər şeydən. Haydı, get dırmaş barrikadaya, qisas al.

Qandıra bilmirəm ki, axı mənim mübarizəm şəxsi deyildi ki, nifrətim də şəxsi olsun.

Özü də bunu çox vaxt dubinka görməmiş adamlar deyirlər.

Deyir, bağışlamamalısan yaşadıqlarını. Hər şeyi də şəxsi nifrətinlə şərh eləməlisən. Bu dəqiqə bunu deyirlər. Açıqca.

O qədər kinlə, nifrətlə doludurlar. Sevinə bilmirlər heç nəyə. Biri ürəkdən öz ölkəsinin uğuruna sevinən kimi adını "satqın" qoyurlar. Niyə də? Xəstəsiz siz?

Mən öz ölkəmi sevirəm də, ay qardaş. Sən sevmirsən, get səni yallandıranların xarabasına. Əl çək məndən.

Vallah, bezdirmisiz e camaatı. Millətin çoxluq hissəsi iyrənir e sizdən bu dəqiqə. Diksinir.

Bir çönün özünüzə baxın, görün zəka, ağıl olaraq nə gündəsiz?

İlkin Rüstəmzadə

Redaksiyadan: İctimai-siyasi fəal, yazıçı İlkin Rüstəmzadə 2013-cü il yanvarın 13-də keçirilən "Əsgər ölümlərinə son" və yanvarın 26-da keçirilən "İsmayıllı və Binəyə dəstək" aksiyalarının təşkilatçısı olub. O, NİDA Hərəkatının üzvü kimi 2014-cü ilin may ayının 6-da 8 il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu il mart ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb. 2020-ci ildə NİDA Hərəkatını tərk edib. 2021-2023-cü illər arasında çap olunan 4 kitabın -"Qaranlığın hekayəsi", "Quberniya", "Yoldaş" və "Bahar mehi"nin müəllifidir.




Şərhlər
  • Emil Məmmədov

    Qarabağı Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan zabitləri, əsgərləri alıb. Hərbi əməliyyatlara müharibə dövründə general-leytenant Ayaz Həsənov rəhbərlik edib.

  • Maksim Yusifov

    ("Qarabağı Əliyevalıb" demək satqınlıqdır)- Bu cümləni işlədən hər kəs Satqındır,Şərəfsizdir,Mollabaşdır,Ermənidən törənənlərdi.Bu qədər!!!!!!!

  • B.Kolxozdar

    Hələ gün də izləyiciyə tam məlum deyil-2013cü ilin Ynvarında *Nidaçı*lar (İlkin Rüstəmzadə və ...) *Əsgər ölümlərinə son*, *İsmayıllı və Binəyə dəstək* çağırışları ilə nə demək istəyirlərmiş? *Gənclik Havası*? *Hökumət Haradan, nədən qorxurmuş?* Sonrakı 2016 aprel çəkilməsi-qırğını da azadlıq vermədi, 44 günlük Zəfər də əski Beynəlmiləl kütləvi anti-azəbaycan Hərbi Armadasını geri çəkmədi? Azərbaycan öz ərazisi-sərhəddindən bircə santim də aşıb-keçməyib! Ancaq, özünə-vətəndaşlarına qarşı 37 il davam etdirilmiş terror cinayətlərinin heç birini də tam sona qədər mühakimə etməyib? Hazırda da Kremlin Ağ Evə qarşı zərbəsi elə Qafqazı-Zəngəzuru da hədəfdə saxlamırmı?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar