Ru
21:50 / 22 Sentyabr 2022

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alanların adı məlum oldu - YENİLƏNİB - FOTO

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alanların adı məlum oldu - YENİLƏNİB - FOTO
Eye

Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.


Bakupost.az APA-ya istinadən bildirir ki, rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.


Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.


Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.


Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.


***

16:12


Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.



Bu barədə Bakupost.az -a Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.


Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: "2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar