"Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) İrandan qazaxıstanlıların təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdardır".
Bakupost.az xəbər verir ki, bunu "Report"un yerli bürosuna Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
"Son iki gün ərzində altı Qazaxıstan vətəndaşı azərbaycanlı həmkarların köməyi ilə İrandan Azərbaycan vasitəsilə təxliyə edilib. Daha 68 Qazaxıstan vətəndaşı türkmən həmkarların köməyi ilə İrandan təxliyə edilib. Biz azərbaycanlı və türkmən həmkarlarımıza bu məsələdə göstərdikləri yardıma görə minnətdarlığımızı bildiririk", - o vurğulayıb.
A.Smadiyarov vurğulayıb ki, bir gün ərzində bu qədər insanı belə gərgin şəraitdə təxliyə etmək böyük səy tələb edib.
O, həmçinin bildirib ki, məlumatlara əsasən, İranda 132, İsraildə isə 219 qazaxıstanlı var: "Qazaxıstan XİN İsrail və İran arasında gərginliyin artdığı zonada vəziyyəti izləyir".