Türkiyə xarici işlər nazirinin müavini, səfir Berris Ekinci ilə Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan arasında Ankarada görüş keçirilib.
Bakupost.az xəbər verir ki, tərəflər görüş zamanı ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu cür təmaslar iki tərəf arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində həyata keçirilir.