Ru
10:31 / 03 İyun 2025

Qeyri-sabit hava şəraiti bu tarixədək - FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti bu tarixədək -  FAKTİKİ HAVA
Eye

İyunun 3-də saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Məlumata əsasən, bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar