Ru
13:02 / 04 Sentyabr 2024

Qəzzaya 18,5 milyard dollarlıq ziyan dəyib

Qəzzaya 18,5 milyard dollarlıq ziyan dəyib
Eye

Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumları nəticəsində dəyən maddi ziyanın dəyərini açıqlayıb.

Bakupost.az xəbər verir ki, dağıntılar nəticəsində dəymiş ziyan 18,5 milyard dollara çatıb.

“Mənzil, Torpaq və Mülkiyyət (HLP) Texniki İşçi Qrupunun (TWG) məlumatına görə, Qəzzada ən az 370 min evə ziyan dəyib, onlardan 79 mini tamamilə dağılıb. Qəzzada kritik infrastruktura dəyən zərərin dəyəri təxminən 18,5 milyard ABŞ dollarıdır. Bunun 72 faizi mənzil sektoruna, 19 faizi su, səhiyyə və təhsil kimi ictimai xidmət infrastrukturuna, 9 faizi isə ticarət və sənaye binalarına dəyən zərərlə bağlıdır”, - BMT-nin məlumatında qeyd olunur.

Qeyd edək ki, Qəzzada poliomielit əleyhinə peyvənd kampaniyasına başlanılıb.

İlk gündə 87 min uşağa, ikinci gündə 74 min uşağa, üçüncü gündə isə 26 min uşağa peyvənd edilib.


Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar