Ru
10:30 / 02 May 2025

Qubada dəhşətli qəzanın anbaan VİDEOSU

Qubada dəhşətli qəzanın anbaan VİDEOSU
Eye

Quba şəhərində baş verən qəzanın görüntüləri yayılıb. Kadrlardan da görünür ki, zərbənin təsirindən sürücü və sərnişin avtomobildən çölə düşüb.

Bakupost.az Shimal.News-a istinadən xəbər verir ki, həmin qəzanın görüntülərində “VAZ-21015” toqquşmadan sonra havada uçaraq su kanalına düşür. Sonra sürət səbəbindən bir neçə dəfə aşır.

Hadisə mayın 1-i saat 16:00 radələrində Barlı kəndi ərazisində qeydə alınıb. Şahidlər bildiriblər ki, qəzaya səbəb yüksək sürət olub. Quba-Xaçmaz istiqamətində hərəkət edən “VAZ-21015” və “Tofaş” markalı avtomobillər idarəetməni itiriblər. Nəticədə “VAZ” su kanalına düşüb. Digər avtomobil isə yol kənarına çırpılıb. Yaralılar xəstəxanaya çatdırılıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar