Ru
16:05 / 02 İyun 2025

Qulu Ağsəslə görüş keçirildi

Qulu Ağsəslə görüş keçirildi
Eye

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Ulduz" jurnalının baş redaktoru, Azərbaycan Respublikasının prezident təqaüdçüsü, əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib.

Bakupost.az xəbər verir ki, tədbirdə şəhid ailələri, Xəzər rayon MKS-nin fəal oxucuları, Binə qəsəbəsində yerləşən 149, 121 və 292 nömrəli məktəbin müəllim və şagird kollektivi, 24 saylı musiqi məktəbinin müəllim və tələbələri və Binə mədəniyyət mərkəzinin üzvləri iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qulu Ağsəsin yaradıcılığı haqqında slayd nümayiş etdirilib.

Görüş zamanı Qulu Ağsəs izləyicilər tərəfindən verilən sualları cavablandırıb və yeni şeirlərini səsləndirib.

Qeyd edək ki, kitabxana mütəmadi olaraq şair, yazıçı və incəsənət xadimləri ilə görüşlər keçirir.


Qulu Ağsəslə görüş keçirildi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar