Ru
12:08 / 31 Oktyabr 2025

Ramiz Mehdiyev 2003-cü ildə Müsavata necə kömək etmək istəyib? - AÇIQLAMA

Ramiz Mehdiyev 2003-cü ildə Müsavata necə kömək etmək istəyib? - AÇIQLAMA
Eye

"Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin Müsavat Partiyasına xüsusi sevgisi var idi".
Bakupost.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu deyib.

Baş redaktorun sözlərinə görə, Ramiz Mehdiyev 2003-cü ildə Müsavat Partiyasının qərargahının şəhərin mərkəzindən Binəqədi rayonu ərazisinə köçürülməsinin qarşısını almağa çalışırmış:

“Ramiz Mehdiyevin Musavat Partiyasına da xüsusi sevgisi vardı... 2003-cü ildə Müsavat partiyası şəhərin mərkəzindəki (Zərifə Əliyeva prospekti -37 , Şəhriyar klubunun yanı) qərargahından Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə köçürülərkən Mehdiyev çox məyus olmuşdu. Mane olmağa çalışdı. Amma bacarmadı”, - o, sosial şəbəkə hesabında yazıb.



Şərhlər
  • Fəxri Hatəmli

    Hamam, hamam içində, saman xəlbir içində, Dəvə ...!.? İkili siyasət kimi iki-üç üzlü-yönəmli şübhə, ehtimallar, ya adi həyati vətəndaş münasibətlərin müxtəlif-rəngarəng və çox dəfə də İkicə adam-Şəxslər arasında daha yaxın ola biləcək münasibətlərin 3cü və sonrakı n-nincilərə qədər müəmmalı düşüncələrmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar