ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahının təhlükəsiz ərazisinə girən bir kişinin güllələnərək öldürülməsi Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda qaldığı otelin mühafizə zonasına soxulanlara qarşı tədbirləri bir daha gündəmə gətirib.
Bakupost.az xəbər verir ki, ABŞ Məxfi Xidmətinin məlumatına görə, 20 yaşlarında olduğu düşünülən kişi iqamətgahın şimal darvazasının yaxınlığında görülüb. Xidmət əməkdaşları şəxsdən şübhələndikləri üçün onu dərhal zərərsizləşdiriblər.
Məlumatda həmçinin qeyd edilir ki, həmin vaxt Tramp Mar-a-Laqo iqamətgahında deyil, Ağ Evdə olub.
Qeyd edək ki, fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Prezident İlham Əliyevin qaldığı otelin mühafizə olunan ərazisinə xaricdə yaşayan bir neçə azərbaycanlı daxil olub. Onların sögedən ərazidən çıxarılması və mühafizə zonasının qorunması üçün ABŞ polisinə Azərbaycan Prezidentinin Mühafizə Xidmətinin əməkdaşları da dəstək göstərib. Azərbaycanlı mühafizəçilərin müharizə ərazisinə yenidən girməyə çalışan və təhqirlər yağdıran şəxslərə fiziki təzyiq göstərməyə məcbur olduğu məqamların isə “demokratiyaya zidd olduğu” təəssüratının yaradılmasına çalışılır.
Zəruri olaraq əlavə edən ki, həmin vaxt Prezident İlham Əliyev nəinki oteldə olub, həmçinin səfər proqramına uyğun olaraq, həmin ərəfədə oteldən çıxmağa hazırlaşırmış.
Asena,
BakuPost