Ru
00:56 / 22 Fevral 2026

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...
Eye

Hazırda həm Qərbin bəzi mətbuat orqanları, həm də müxtəlif rusdilli media qurumları tərəfindən Azərbaycan Prezidentinin mühafizə xidmətinin əməkdaşları ilə bir qrup təxribatçı şəxs arasında baş vermiş insidentin əks olunduğu video geniş şəkildə tirajlanır.

Bakupost.az xəbər verir ki, Baku TV kənar maraqlı tərəflərdən hansının bu materialların məhz təhrif olunmuş formada yayılmasında maraqlı olduğunu müzakirə etmədən, situasiyanın təhlilini aparıb.

Videonun ilk kadrlarından görünür ki, özlərini "etirazçı" adlandıran şəxslər polis tərəfindən ərazini tərk etmələri tələb olunduğu halda, qəsdən təxribata əl atırlar. Görüntülərə diqqətlə baxdıqda aydın olur ki, guya dinc aksiya üçün gələn şəxslər əslində dövlət başçısının mühafizə xidmətinin əməkdaşlarını qıcıqlandırmağa və onları tarazlıqdan çıxarmağa çalışırlar. Şüarlar səsucaldan vasitəsilə səsləndirilir ki, bu da həmin ərazidə ictimai asayişin pozulması deməkdir və polis buna müdaxilə etmək hüququna malikdir.

Bundan əlavə, təxribat yaratmaq istəyənlərdən biri qəfil hərəkətlə mühafizəçilərin üzərinə atılaraq, onların kardonunu yarmağa cəhd edir. Bu isə dövlət başçısının avtomobilinə real təhlükə riskinin yaranması demək idi.

Belə vəziyyətdə Dövlət Mühafizə Xidmətinin əməkdaşları operativ və səlahiyyətləri çərçivəsində hərəkət edərək, birbaşa vəzifə borclarını – birinci şəxsin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetiriblər.

Təxribatçıların hərəkətləri Amerika hüquq-mühafizə orqanları tərəfindən də reaksiya ilə qarşılanıb.

Videoda nə elektroşoker, nə odlu silah, nə də sağlamlığa zərər vurmaq məqsədilə fiziki güc tətbiq olunub – yalnız saxlanma xarakterli müdaxilə edilib.

Beləliklə, baş verənlərin guya "etiraz" adı altında əvvəlcədən planlaşdırılmış və sonradan təhrif edilmiş formada bir sıra media orqanlarında yayılması üçün təşkil olunduğu barədə əsaslı şübhə yaranır. Yaxından təhlil etdikdə isə, məsələn, BBC tərəfindən Azərbaycan Prezidentinin dövlət mühafizəsinə qarşı irəli sürülən ittihamların sübut bazasının olmadığı üzə çıxır. Dövlət başçısının mühafizəçiləri belə hallarda nəzərdə tutulan hüquqi və peşəkar fəaliyyət alqoritminə uyğun şəkildə hərəkət ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar