Ru
03:47 / 22 Fevral 2026

Türkiyədə sərnişin avtobusu aşdı - 17 yaralı

Türkiyədə sərnişin avtobusu aşdı -  17 yaralı
Eye

Türkiyədə ağır yol qəzası olub.


“BakuPost” "Haber Global"a istinadən xəbər verir ki, qəza Uşak şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusu əks zolağa çıxaraq, yolun kənarındakı xəndəyə aşıb.

Qəza nəticəsində on yeddi nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım, polis və jandarm əməkdaşları göndərilib.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qeyd edilir ki, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Mikroavtobus Uşak şəhər mərkəzindən işçiləri Eşme rayonundakı fabrikə aparırmış.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar