Ru
03:03 / 23 Fevral 2026

Lənkəranda evdən ər və arvadın meyiti tapıldı: Nə baş verib?

Lənkəranda evdən ər və arvadın meyiti tapıldı: Nə baş verib?
Eye

Lənkəranda dəhşətli ailə faciəsi baş verib. Evdən ər və arvadın meyiti tapılıb.


BakuPost Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakini Sərhad Məmmədov həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirib. Hadisənin səbəbi hələ məlum deyil.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Mənzilə baxış keçirilən zaman Balaqız Məmmədovanın meyiti ilə yanaşı, onu qətlə yetirməkdə şübhəli bilinən Sərhad Məmmədovun da meyiti aşkar edilib. Cinayətin törədildiyi ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar