40 yaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxışını davam etdirəcək.
Bakupost.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, futbolçu ilə 2027-ci ilə qədər yeni müqavilə imzalamıb.
Ronaldunun əvvəlki müqaviləsi iyunun 30-da başa çatmalı idi.
Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından "Ən-Nəsr"in tərkibində çıxış edir.