Hindistandan bir milyon əmək miqrantı yüksək ixtisaslı kadr çatışmazlığının kompensasiyası məqsədilə Rusiyaya cəlb oluna bilər.
Bakupost.az “EAN” nəşrinə istinadən xəbər verir ki, bu fikri Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin səsləndirib.
Onun sözlərinə görə, bu, daha çox Sverdlovsk vilayətinə aiddir:
"Hazırda Hindistanla müəyyən razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Rusiyaya bir milyona qədər əmək miqrantı gələ bilər".
Besedin əlavə edib ki, Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğu açılacaq və bu məsələlərlə məhz həmin qurum məşğul olacaq.
Onun sözlərinə görə, gələcək mütəxəssislər sənaye müəssisələrində çalışacaqlar. Çünki hazırda rusiyalı gənclər zavodlarda işləmək istəmir. Onun sözlərinə görə, Hindistandan başqa, Şimali Koreya və Şri-Lankadan da ölkəyə əmək miqrantları gələ bilər.
Lalə,
BakuPost