Ru
10:24 / 15 İyul 2025

Rusiyada daha bir neçə azərbaycanlı sahibkar saxlanıldı

Rusiyada daha bir neçə azərbaycanlı sahibkar saxlanıldı
Eye

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda dörd polis idarəsinin rəisləri korrupsiya əməllərinə görə saxlanılıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qqeyd olunur ki, aaha sonra təhlükəsizlik qüvvələri həmin polis əməkdaşlarına rüşvət verən, aksizsiz spirtli içkilər və qaçaqmal siqaret satışı ilə məşğul olan azərbaycanlı sahibkarları saxlayıblar.

İstintaqın məlumatına görə, azərbaycanlı sahibkarlar qaçaqmalçılıq və tütün məhsulları satmaqda, habelə qanunsuz miqrantları işə cəlb etməkdə ittiham olunurlar.

Saxlanılan azərbaycanlılar Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə ittiham olunurlar.

Sahibkarlar barəsində sentyabrın 9-dək həbs qətimkan tədbiri seçilib.

Saxlanılan azərbaycanlılar təqsirlərini etiraf etməyiblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar