Ru
15:18 / 08 İyul 2025

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi
Eye

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak edən Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, A. Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Xatırladaq ki, iyunun 15-də Astara sərhəd buraxılış məntəqəsindən 238 rusiyalı buraxılıb. Onların arasında diplomatlar və mədəniyyət xadimlərinin ailələri də olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar