Ru
15:23 / 17 May 2022

Rusiyanın öz interneti olacaq, beynimiz buna qadirdir - Lavrov

1954
“Mən sizi əmin edirəm ki, biz internetsiz qalmayacağıq. Bu gün prezidentin dəqiq qoyduğu tapşırıqlar icra ediləcək”.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Heç şübhəm yoxdur ki, rus gəncliyi, rus beyni internet və digər müasir texnologiyalarla bağlı istənilən məsələni həll etməyə qadirdir. Onlar bizim normal şəraitdə yaşayıb işləməyimizi təmin edəcək. Rusiya internetsiz qalmayacaq.

Rusiya uzun illərdir beynəlxalq birlikdə internetin idarə olunmasında demokratik yanaşmanı təmin etmək üçün çıxışlar edir. Bu məsələdə ədalətli, təmiz, ciddi yanaşma istəyir. Lakin ABŞ başda olmaqla Qərb belə diskussiyaları boykot edir. Bu proses deqlobalizasiyadır.

İndi Qərb bu sahələrdə öz üstünlüyünü ortaya qoymaq istəyir. Təbii ki, biz və Çin kimi özünə hörmət edən ölkələr onların əlinin altında sözəbaxan oğlanlar olmağı qəbul etməyərək, dövlətimizin təhlükəsizliyini hər sahədə təmin edib, heç kimdən asılı olmadan həyat fəaliyyətimizi davam etdirmək üçün hər şey edirik”, - deyə o, əlavə edib.

Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər