Ru
17:27 / 14 Dekabr 2022

Sabir Rüstəmxanlıdan ekofəallara dəstək: Aksiyalar davam etdirilməlidir - VİDEO

11406

“Azərbaycanın QHT nümayəndələrinin Şuşa – Laçın yolunda bir neçə gündür davam edən aksiyaları Erməni mətbuatında müxtəlif cür hallandırılır və Ermənistanda yüz cür yozumlar səsləndirilir. Utanmasalar, buna hətta soyqırım adı verərlər. Halbuki orda dinc bir aksiya keçirilir”.


Bunu Bakupost.az-a açıqlamasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ekofəalların və QHT nümayəndələrinin Şuşa-Laçın yolunda 3 gündür davam edən dinc aksiyasına münasibət bildirərkən deyib.



Sülhməramlıların azərbaycanlılar haqqındakı fikrin erməni tərəfin diktəsi üzrə formalaşdığını qeyd edən millət vəkili bu cür aksiyaların keçirilməsinin vacibliyini vurğulayıb:



“Məsələ burasındadır ki, iki ildən bəri bu, Azərbaycan cəmiyyətinin sülhməramlılarla ikinci təmasıdır. Bundan əvvəl ekspertlər, ekologiya mütəxəssisləri getmişdilər. Onların qabağını Ermənistandan gətirilmiş Dağlıq Qarabağda olan adamlar guya, piket keçirərək kəsmişdilər. Onlara bizim öz torpaqlarımızda olan mədənlərə baxmağa icazə verməmişdilər. Bu gün bizim vətəndaşlarımız yolun üstündə dinc aksiya keçirir. İki ildir, Rusiya sülhməramlıları ermənilərlə iç-içə yaşayır. Azərbaycanın ətraf rayonlarından olan vətəndaşlarımız, Qarabağdan köçürülən insanlar hələ ora qayıtmadıqlarına görə sülhməramlılar daimi olaraq ermənilərlə bir yerdədir. Bizimkiləri görmürlər, ona görə də onların beyinlərində Qarabağla bağlı formalaşan fikirlər erməni tərəfin diktəsi ilə formalaşan fikirlərdir. Azərbaycan cəmiyyətinin onlarla sıx münasibət qurmağa ehtiyacı var. Onlar bizi də tanımalıdır. Bir var dövlətin mövqeyi, bir də var cəmiyyətin, xalqın mövqeyi. Onlar bunu görməlidir. Cəmi 3 gündür, bizimkilər onlarla üz-üzə dayanırlar. Oxuyurlar, rəqs edirlər, Volkovun ora gəlməsini tələb edirlər. Burda nə var ki? Bu, Azərbaycan cəmiyyətinin haqqıdır. Bundan sonra bu görüşlər, ünsiyyət hansı şəkildə olursa-olsun artırılmalıdır. Bu məsələnin birinci tərəfi. İkinci bir tərəfdən isə erməni tərəfi görməlidir ki, onlar Ayda yaşamırlar, Azərbaycan torpağında yaşayırlar və ora gəlib-gedənlərə nəzarət etmək Azərbaycanın haqqıdır”.




S. Rüstəmxanlı sülhməramlıların Moskva anlaşmasının bir neçə bəndini pozduğunu da vurğulayıb:


“Silahlılar ordan çıxarılmır, əksinə ora silah daşınır. Sülhməramlılar, orda yaşayan ermənilərin azərbaycanlılarla, Azərbaycan ərazisində yaşadıqlarını onlara xatırlatmaq, Azərbaycan qanunlarına riayət etmələrini təşkil etməkdənsə, Azərbaycan bayrağını dalğalandırmaqdansa rus və erməni bayraqlarını dalğalandırırlar. Bu da xalqımızın haqlı narazılığına səbəb olur. Bu aksiya hələ bir qədər gecikmiş aksiyadır. Bundan sonra sülhməramlılarla belə görüşlərə və Ermənistana Azərbaycanın haqqını yerini və gücünü göstərən dinc yürüşlərə, aksiyalara ehtiyac var. Xankəndindən baxanda ordan görünən Azərbaycan bayrağı onların diqqətini çəkməlidir və bilməlidlər ki, bu ərazilər Azərbaycan torpağıdır”.


Ermənilərin dinc aksiyadan təşvişə düşərək bu vəziyyətə soyqırım donu geyindirməsinə diqqət çəkən millət vəkili bu aksiyanın Azərbaycan dövlətinin yox, məhz Azərbaycan cəmiyyətinin, xalqının reaksiyası olduğunu xatırladıb:


“Onu da deyim ki, bu dinc mitinqi Azərbaycanın siyasi partiyaları təşkil etməyib, orda heç bir rəsmi şəxs yoxdur. Bu vətəndaşlarımızın istəyi ilə baş verən hadisədir. Bir hissəsi şuşalıdır, bir hissəsi ola bilsin Qarabağın ətraf rayonlarından olan vətəndaşlardır və QHT nümayəndələridir. Burda Azərbaycan dövlətinin, siyasi dairələrin adını hallandırmaq üçün heç bir əsas yoxdur. Bir milyon insanı ordan qovmuşdunuz, indi həmin bir milyon insan istəyir ki, o yola nəzarət olsun, istəyirlər Xanəkəndində bizim torpaqlarımızda nə baş verdiyindən xəbər tutsunlar. Bundan ötrü bütün dünyanı ayağa qaldırmaq, Azərbaycanı günahlandırmaq sərsəmlikdir. Bu, Dağlıq Qarabağda yaşayan ermənilərin, Vardanyan kimi sərsəm düşüncələrlə gəlib orda ağalıq etmək istəyənlərin arzularını gözündə qoyan bir hərəkatdır və davam edəcək hələ”.




Günel
Baku Post

Şərhlər
  • Əlibəyli Məhərrəm

    Fikir və təklifləriniz tamamilə gərəklidir və həyata keçirilməlidir. Tezliklə əhalinin öz yerlərinə qayıtmasını təşkil etmək gərəkdir. Bu etiraz hərəkatları və yola nəzarət hökmən və qəti şəkildə aparılmalıdır. Necə bir dövlət ola bilər ki, onun sərhədinin bir hissəsini tamam başqa, yad, özu də nə qədər üzdə bağırsada guya bizə dostdur, əslində isə həmişəki kimi xainliklə bədxah və düşmən mövqedə duran, məqsədi yalnız ara qarısdırmaq və hay-qaraçıları müdafiə etmək olan bir olan bir ölkənin əsgərləri qorusun!?! Bu biabirçılıqdır, heç cür yol vermək olmaz, sərhədi özümüz qoruyub girib-çıxana nəzarət etməliyik!!! İçəridə isə müvəqqəti onlara aid olan ərazidə qoy o sülh məramlı deyilən saxta qurum qorusun öz himayədarlarını!!! Hərçəndi onları kimdən və nədən qoruyurlar?!! Onları yalnız bu şərəfsizlərin, təxribat eşqilə dəlicəsinə və vəhşicəsinə çırpınan qorxaq hay-qaraçıların özündən qorumaq lazımdır!!!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər