Ru
23:27 / 06 Mart 2024

Şabran-Xaçmaz yolunda avtomobil aşdı, xəsarət alanlar var

Şabran-Xaçmaz yolunda avtomobil aşdı, xəsarət alanlar var
Eye

Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar