Ru
09:18 / 17 İyul 2024

Şamaxıda qonaqlar toydakı tortdan ZƏHƏRLƏNDİ

Şamaxıda qonaqlar toydakı tortdan ZƏHƏRLƏNDİ
Eye

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar