Ru
12:44 / 08 May 2026

Sarayda qorxulu anlar: sürücü partlayan maşından sağ çıxdı - VİDEO

Sarayda qorxulu anlar: sürücü partlayan maşından sağ çıxdı - VİDEO
Eye

Abşeronun Saray qəsəbəsində avtomobildə partlayış qeydə alınıb.

Bakupost.az xəbər verir ki, hadisə qəsəbədəki yaşayış komplekslərindən birinin həyətində baş verib.

Belə ki, səhər saatlarında 31 yaşlı sürücü Rəşad Məmmədov avtomobilə əyləşib onu işə salandan sonra partlayış olub. Daha sonra sürücü maşından düşməyə çalışsa da, əyləşdiyi tərəfdəki qapıya dəmir divar mane olub. Digər tərəfdən çıxan sürücü ərazidən uzaqlaşıb.

Məlumata görə, partlayışa avtomobilin salonunda əvvəlcədən toplanan qaz yığını səbəb olub. Maşında yanğın baş verməsə də, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar