Ru
11:44 / 11 Yanvar 2025

Seçki bülletenlərinin çapına başlandı

Seçki bülletenlərinin çapına başlandı
Eye

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Bakupost.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri və media nümayəndələri ilə birlikdə yanvarın 11-də mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.

MSK sədri seçki bülletenlərinin çapının qanunvericiliklə müəyyən edilən müddətdə və qaydada başa çatdırılmalı olduğunu, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət edilməsinin vacibliyini qeyd edib.

M.Pənahov həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı tövsiyələrini də verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar