Ru
22:45 / 07 Yanvar 2022

Səfər Mehdiyev icra başçısının oğlunu yüksək vəzifəyə təyin etdi

Səfər Mehdiyev icra başçısının oğlunu yüksək vəzifəyə təyin etdi
Eye

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

Bakupost.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu Coşqun Əhmədzadə Komitənin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi, Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsindən azad edilərək Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Coşqun Əhmədzadənin əmisi uzun illər Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsin rəhbərlik etmiş Əhməd Əhmədzadədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar