İran Silahlı Qüvvələri İsrailə qarşı son hücumlarda hələ bütün raket potensialından istifadə etməyib.
Bakupost.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin elit hissələri sayılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Əhməd Vahidi "Tasnim" agentliyinə müsahibəsində bəyan edib.
"Biz strateji raket potensialımızdan hələ tam istifadə etməmişik. Nə vaxt lazım bilsək, döyüş meydanına müasir texnikamızı çıxaracağıq. Yeni nəsil raketlər isə bunun yalnız bir hissəsidir", - deyə o qeyd edib.
Əhməd Vahidi İranın raket ehtiyatlarının tükənmək üzrə olduğu barədə iddiaları da təkzib edərək, deyilənlərin həqiqətə uyğun olmadığını vurğulayıb.