Ru
11:49 / 03 İyun 2024

Taksi xidmətləri kəskin bahalaşdı - RƏSMİ AÇIQLAMA

Taksi xidmətləri kəskin bahalaşdı - RƏSMİ AÇIQLAMA
12151

Hazırda taksi xidmətlərində kəskin qiymət artımı müşahidə olunur. Sifariş etdikdə, bir neçə yüz metrlik məsafə üçün 3 manat 11 qəpik və ya 4 manat 50 qəpik qeydə alınır. Qiymət taksi şirkətlərinə görə dəyişir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Publika.az-a bildirdi ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:

“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar