Ru
16:28 / 31 Avqust 2021

Tbilisi prospektində hərəkət məhdudlaşdırılacaq

Tbilisi prospektində hərəkət məhdudlaşdırılacaq
Eye

Sabah saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində işlərin aparılacağı hərəkət zolaqları üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Bakupost.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

"Qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlıq və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə məlumatda qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar