Ru
15:57 / 24 Noyabr 2022

Təcili yardım əməkdaşı qəzaya düşən qızını tanıya bilmədi - FOTO

Təcili yardım əməkdaşı qəzaya düşən qızını tanıya bilmədi - FOTO
Eye

Təcili yardım əməkdaşı avtomobil qəzası keçirən qızını tanımayıb.

Bakupost.az xarici mətbuata istinadla xəbər verir ki, Kanadanın Albert əyalətində meydana gələn avtomobil qəzası zamanı hadisə yerinə gələn təcili yardım əməkdaşı yararsız vəziyyətdə olan avtomobildəki iki yaralıdan birinin qızı olduğunu yalnız xəstəxanaya çatanda bilib.

Ata Erikson 17 yaşlı qızına təcili yardım maşınının içində ilkin tibbi yardım göstərsə də, onu tanıya bilməyib. Sosial media hesabında hadisə barədə danışan Erikson təcili yardım əməkdaşı olaraq başına gələnin onun həyatında ən böyük dəhşət olduğunu deyib:

“Onu öz əllərimlə ambulans-helikopterlə Foothills Tibb Mərkəzinə göndərdim. İş saatım sona çatdığı zaman evə gəldim. Sonra qapım döyüldü və həyatım sonsuza qədər dəyişdi. Tibb Mərkəzinə göndərdiyim ağır yaralı qızın mənim canım, qanım olan Montana olduğunu öyrəndim. Qızımın yaraları elə dəhşətli idi ki, mən onu tanıya bilmədim”.

Günel,
BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar