Ru
14:53 / 30 May 2025

“Tecnosun” ilk məzunları diplomlarla təltif olundu - FOTO

“Tecnosun” ilk məzunları diplomlarla təltif olundu - FOTO
Eye

“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən “Tecnosun” İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim proqramının məzuniyyət mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, “Tecnosun” İnkişaf Mərkəzi, əməkdaşların bilik və bacarıqlarını artırmaq, onları müasir istehsalat tələblərinə uyğun şəkildə hazırlamaq məqsədilə yaradılıb.

Çıxışçılar bu təşəbbüsün yalnız bir təlim proqramı olmadığını, davamlı inkişaf və ömür boyu öyrənmə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd ediblər.

Həmçinin “Azərsun Akademiya”nın peşə təhsil mərkəzləri ilə əməkdaşlığı ölkədə peşə təhsilinin inkişafına verdiyi dəyərin göstəricisi olduğu vurğulanıb.

Qeyd edək ki, 3 Oktyabr 2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Tədris Mərkəzi (İZİA PTM) və Bakı Sənaye və İnnovasiya Liseyi (BSİL) ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində şirkətin 33 operator əməkdaşı, qeyd olunan peşə liseylərinin texniki təlim kurslarında iştirak ediblər.

Tədbirin sonunda təlimləri uğurla başa vuran əməkdaşlara diplomlar təqdim olunub, birgə xatirə şəkilləri çəkilib və məzunlar öz təəssüratlarını bölüşüblər.

“Tecnosun” İnkişaf Mərkəzi gələcəkdə də texniki kadrların inkişafı istiqamətində fəaliyyətini genişləndirməyi və bu sahədə qabaqcıl təşəbbüslərlə çıxış etməyi planlaşdırır.

“Tecnosun” ilk məzunları diplomlarla təltif olundu - FOTO
“Tecnosun” ilk məzunları diplomlarla təltif olundu - FOTO
“Tecnosun” ilk məzunları diplomlarla təltif olundu - FOTO
“Tecnosun” ilk məzunları diplomlarla təltif olundu - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar