Antalyada bıçaqlanan Araz Musayevin xəstəxanadan son görüntüsü yayılıb.
Bakupost.az Ajans.az-a istinadla xəbər verir ki, ilk günlər ağır vəziyyətdə olan Araz Musayev artıq palataya köçürülüb.
Onu ziyarətə gələnlər sosial şəbəkələrdə Araz Musayevin son vəziyyətini əks etdirən foto paylaşıblar. Fotodan göründüyü kimi, Araz Musayevin vəziyyəti artıq stabildir.
Xatırladaq ki, mayın 28-də Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Antalyada bıçaqlanmışdı. Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisə ilə bağlı yayılan videoda Araz Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Araz Musayevi bıçaqlayan və əlbir olan şəxslərin həbs olunduğu barədə də məlumat vermişdik. Araz Musayev bıçaqlanmazdan əvvəl paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını kəsməyə çalışır. Hətta Araz Musayev qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs göndərib.
