Ru
13:22 / 23 İyun 2022

Təyyarə ilə çox uçanlarda tromb yaranır - Kardioloq

912
Təyyarədən çox istifadə edənlərdə uzun uçuşlar tromboz əmələ gəlməsini artırır.


Bakupost.az xəbər verir ki, kardioloq Yuliya marşinçeva kimlərdə tromboz yarandığını açıqlayıb.


“Az gəzən, az hərəkət edən, maye az içən, varikoz problemi olanlarda tromboz riski yüksəkdir.


Tromboz infarkt, insult, ağciyər emboliyasına səbəb olur. Risk qrupunda 60 yaşdan yuxarı insanlardır, çünki onlarda qanın laxtalanma dərəcəsi dəfələrlə yüksəlir.


Eləcə də işi ilə bağlı təyyarədən çox istifadə edənlər, səyahəti sevənlərdə də tromboz yarana bilər. Çünki insan yerdən yüksəkdə quru hava şəraitində uzun müddət bir vəziyyətdə qalır.


Ona görə də uzun uçuşlardan öncə çox maye içmək, təyyarədə gəzişmək, ayaqları hərəkət etdirmək vacibdir. Təyyarədə çox uçanlar mütəmadi qan qatılığını yoxlatmalıdır.


Varikozu olan insanlar deformasiya olunmuş damarı vaxtında çıxarmalıdır ki, gələcəkdə o damardan qopan tromb insult, infarkta səbəb olmasın”.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər