Ru
13:49 / 01 Fevral 2025

"TikTok"da dini ziyarətgaha aparmaq adı ilə DƏLƏDUZLUQ ETDİ

"TikTok"da dini ziyarətgaha aparmaq adı ilə DƏLƏDUZLUQ ETDİ
1131

“TikTok”da elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin həyata keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar