Ru
17:34 / 27 Mart 2023

Tiktoker Əmrah saxlanıldı - DİN

Tiktoker Əmrah saxlanıldı - DİN
Eye

“TikTok” sosial şəbəkəsində daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.



Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.


O bildirib ki, Gürcüstandan ölkəyə qayıdan tiktoker hava limanında saxlanılıb.


"Tiktoker Əmrah Məhərrəmov saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinə aparılıb".

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb.

Xatırladaq ki, Əmrah Məhərrəmov daha əvvəl də canlı yayımda işlətdiyi söyüşlərə görə həbsdə olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar