Ru
11:53 / 19 Oktyabr 2025

Bakıda məmurun ailəsində faciə - İkinci övladını itirdi

Bakıda məmurun ailəsində faciə - İkinci övladını itirdi
Eye

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.

Bakupost.az KONKRET.az-a istinadən xəbər verir ki,Qaçqınların və Məcburi Köçkümlərin İşləri üzrə Dövlət Komitəsinin Maliyə şöbəsinin müdir müavini Yeganə Quliyevanın oğlu Rəşad Quliyev qəfildən vəfat edib.


35 yaşlı R.Quliyev insult (beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması) keçirib. Tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

R.Quliyev ailəli idi.

Yeganə Quliyeva son bir neçə ildə ikinci övladını itirib. Onun digər oğlu da gənc yaşında vəfat edib. Məmurun həmin övladının da ölümünə yüksək təzyiq nəticəsində beynə qan sızması səbəb olub.

Allah rəhmət eləsin!

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar