“Rəsmi Pekin sabaha qədər 34% tarif artımını geri götürməzsə, ABŞ Çinə 50% əlavə rüsum tətbiq edəcək”.
Bakupost.az xəbər verir ki, bu haqda Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri qərar qəbul etmək üçün Çinə sabaha qədər vaxt verib:
“Çin sabah 8 aprel 2025-ci il tarixinə qədər onsuz da uzunmüddətli ticarət sui-istifadələrindən yuxarı olan 34% artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə 50% əlavə rüsumlar tətbiq edəcək!”
O, həmçinin qeyd edib ki, Çinin tələb etdiyi görüşlərlə bağlı bütün danışıqlar da dayandırılacaq.
ABŞ şirkətləri Çin Cümuhürriyyətinin geniş çeşidli inteqrasiyasından imtina edəcəklərmi? Əgər, ... müasir avadanlığın qiymətləri sifarişdən imtinalara qədər bahalanacaqmı? Dünyada Çinsiz demək olar ki, heç bir *elektronlu* avadanlıq istehsal edilmi?