Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:23 / 14 Noyabr 2024

Tramp onun ABŞ-ın yeni dövlət katibi olmasını istəyir - FOTO

1597
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun (Florida ştatı) dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.

“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və heç vaxt rəqiblərimizə boyun əyməyən qorxmaz döyüşçü olacaq”, mətndə qeyd olunur.

Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Senatda Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçı arasında olub. Sentyabrda Rubio Rusiyanın tərəfini tutmadığını bildirsə də, “reallıq ondan ibarətdir ki, Ukraynada müharibə danışıqlar yolu ilə başa çatacaq”. Onun fikrincə, münaqişənin ən çox ehtimal olunan nəticəsi diplomatik həlldir.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar