Ru
11:22 / 06 İyul 2026

Trampdan İlham Əliyevə xüsusi dəvət - TƏCİLİ

Trampdan İlham Əliyevə xüsusi dəvət  - TƏCİLİ
Eye

ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsindən çox qürur duyuruq.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baysalov deyib.

“Onlardan yalnız birinin dəvəti belə bizi çox sevindirərdi, lakin hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq”, - o bildirib.

Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır. Azərbaycanın adı da sammitə dəvət olunan ölkələrin rəsmi siyahısında yer alır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar