Ru
10:29 / 26 Oktyabr 2024

"Turizm növləri" kitabının təqdimatı oldu - FOTO

"Turizm növləri" kitabının təqdimatı oldu -  FOTO
8017

Rəhman Quliyev və Müzəffər Agakərimovun müəllifi olduqları "Turizm növləri" adlı kitabının təqdimat mərasimi keçirilib.


Bakupost.az xəbər verir ki, bu turizm sahəsinə aid yazılmış və müasir tələblərə cavab verən ilk kitabdır. 12 fəsildən ibarət olan kitabda, turizm növlərinin yaranma tarixi, coğrafiyası barədə geniş məlumat verilir.

Eyni zamanda göstərilən turizm növlərinin Azərbaycanda inkişaf perspektivləri göstərilir. Fəsillərdə ekoloji, çimərlik, dağ - xizək, sağlamlıq, tarixi - mədəni, qastronomik, dini, dəniz - çay kruizi, dəmir yolu, etno, kənd ( aqrar ) işgüzar - biznes, kimi müasir turizm növlərindən bəhs olunur.
Dərs vəsaiti ali təhsil ocaqlarında Turizm işinin təşkili kursunu keçən bakalavr, magistr və turizm işi ilə maraqlananlar və turizm sahəsində işləyən personal üçün nəzərdə tutulub.


Təqdimat mərasimində çıxış edən Milli Məclisin üzvləri Göydəbiz Qəhrəmanov, Razi Nurullayev, İlham Məmmədov , Nagif Həmzəyev, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov , Azərbaycanın ictimai-siyasi xadimi, xaıq şairi Sabir Rüstəmxanlı, Assosiasiya sədri Samir Dübəndi və bir çox ziyalılar kitabın zəruri əhəmiyyətindən danışıblar.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar