Ru
09:27 / 16 Aprel 2026

Keçmişi unutduran DƏRMAN – Onu yüksək təzyiqin müalicəsində istifadə etmişik

Keçmişi unutduran DƏRMAN – Onu yüksək təzyiqin müalicəsində istifadə etmişik
Eye

Propranolol (Azərbaycanda dideral) tez-tez yüksək təzyiq üçün təyin olunan bir dərmandır. Stress hormonlarinin həddindən artiq sərbəst buraxılmasının qarşısını alaraq, bədəni rahatlaşdırır.


Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu dərman ürək-damar sağlamlığını nəzarət altında saxlayır.

Bundan başqa propranolol angina, ürək döyüntülərinin nizamsızlığı (aritmiya), titrəmələrin müalicəsində və miqrenin qarşısının alınmasında istifadə edilən beta-blokerdir.

Lakin bu dərmanın başqa bir xüsusiyyəti də var. Kanadalı alim Alan Brunet 15 il ərzində araşdırmalardan sonra bu qənaətə gəlib ki, keçmişin əzab-əziyyətindən qurtula bilməyən şəxslər bu dərman vasitəsilə yenidən normala dönə bilər.

Çünki bu dərman post-travmatik stres pozuntusunu aradan qaldırır.

Kanadalı alimin təklif etdiyi bərpa prosesi terapiya seansından bir saat əvvəl propranolol qəbul etməklə başlayır, sonra pasientlərdən xahiş edilir ki, öz travmalarını ətraflı şəkildə kağıza yazıb ucadan oxusunlar. Nəticədə pasiyent keçmişə aid hansısa hadisəni xatırlayıb onunla bağlı yeni bir detalı yadına salanda, həmin xatirə blokdan çıxmış olur. Bu zaman o yenilənir və bu dəfə fərqli şəkildə yadda qalır, yəni əvvəlki ağrılı formadan çıxır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar