Hazırda Rusiya, İran və hətta ABŞ arasında Zəngəzurun fəthinin qarşısını almaq baxımından qarşılıqlı razılaşma olduğu üçün türklər bunu mərhələli şəkildə etməyə çalışırlar. Onlar indi bunun üçün hüquqi zəmin yaradırlar, köçürmə və hərbi məsələləri həll edirlər, millimetr-millimetr irəliləyirlər.
Bakupost.az xəbər verir ki, bu sözləri türkoloq Varujan geqamyan erməni mediasına açıqlamasında Zəngəzur ətrafında baş verən prosesləri şərh edərkən deyib.
O bildirib ki, son aylarda Fransa, Almaniya, İngiltərə və Türkiyə arasında fəal diplomatik ikitərəfli işlərin aparılması müşahidə edilir:
“Türkiyənin Avropa təhlükəsizlik mühitinə daxil olmasına imkan yaradılması ehtimalı var. “Bayraqdar”lar İtaliya vasitəsilə Avropa bazarına daxil olur. Bunlar siyasi qərarlardır. Yeni türkiyəyönümlü razılaşmalar olacaq”.