Ru
16:00 / 29 Mart 2023

Türkiyədə seçkilər: kim daha şanslıdır? - Şərh

5308
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adı dəqiqləşib.

Prezidentlik uğrunda "Cümhur İttifaqı"ndan Prezident Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"ndan Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasından Məhərrəm İncə və "ATA İttifaqı"ndan Sinan Oğan mübarizə aparacaqlar.


Bəs, hazırda adı çəkilən qüvvlərin şansları necə dəyərləndirilir?




Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zaur İbrahimli bildirib ki, indiki vəziyyəti təhlil edərkən sosioloji sorğuların nəticələrinə diqqət etməliyik:


“Türkiyədəki seçkiləri Azərbaycan cəmiyyəti də maraqla izləyir. Çünki Türkiyə həm qardaş ölkədi, həm də strateji müttəfiqimizdir. 14 may prezident seçkiləri bu ölkənin yaxın gələcəyini şəkilləndirəcək. Həmçinin xarici siyasətinə də mühüm təsir göstərəcək. İndiki vəziyyətdə sosioloji sorğuların nəticələri "Cümhur İttifaqı" ilə "Millət ittifaqı" arasında xüsusi böyük fərq olduğunu göstərmir. Lakin qarşıdakı seçki marafonunda uğurlu təbliğat və müxtəlif amillərin təsiri fərqlər yarada bilər. Çünki bu fərq uçurum kimi görünəcək fərq deyil. Təcrübə göstərir ki, Türkiyə seçkilərində sosioloji sorğular daha çox seçki gününə yaxın dəqiqləşə bilir. Bu seçkilərdə əvvəlki illərə nisbətən müxalif blok mövqeyini gücləndirib”.


Zaur İbrahimlinin sözlərinə görə, Türkiyə siyasəti müxtəlif, xüsusən də xarici təsirlərə məraz qalır:


"Amma son söz yenə də Türkiyə xalqınındır. Lakin biz öz siyasi təcrübəmizə dayanaraq deyə bilərik ki, Cənab Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində, Türk dövlətlərinin bir araya gəlməsində əvəzsiz rol oynayıb. Onun nüfuzunu, xarici siyasətdəki manervlərini, 44 günlük Vətən müharibəsində Türkiyənin qətiyyətli mövqeyini nəzərə alsaq, Azərbaycan ictimaiyyəti qalib kimi Ərdoğanı görmək istəyəcək. Amma daha ümumi yanaşsaq, Azərbaycan-Türkiyə münasibətləri artıq elə bir mərhələyə qədəm qoyub və bir-birinə elə sıx bağlıdır ki, seçiləcək şəxslərin mövqeyi münasibətlərə az təsir göstərəcək. Bu artıq cəmiyyətlər və xalqlar arasında münasibətdir. Türkiyədə Azərbaycanı dəstəkləməyən siyasi qüvvənin uğurlu siyasi gələcəyini görmürəm".

Politoloq qeyd edib ki, AKP iqtidarı da artıq bütün qüvvələrini səfərbər edib:


“Cənab Ərdoğan müasir dövrdə dünyanın xarizmatik siyasətçilərindən biridir. Onun şəxsi nüfuzu, eyni zamanda seçkilərdə mübarizə aparmaq praktikası da "Cümhur İttifaqı"nı xeyli dərəcədə gücləndirir. Siyasətçilərin potensialını, əldə etdiyi təcrübəni də nəzərə alsaq, bu baxımdan prosesi daha uğurla irəli apara bilən namizəd cənab Ərdoğandır. Lakin bir neçə məqam var. Müxtəlif təşkilatların apardığı sorğuya görə, Məhərrəm İncə seçki marafonunu davam etdirsə, çox ehtimal ki, seçkilərin 2-ci turunun şahidi olacağıq. Seçkilərdə iqtisadi vəziyyət də mühüm rol oynacaq. Əgər yenidən Türkiyə iqtisadiyyatında qarşıdakı bir ay müddətində çalxalanmalar olarsa, dolların kursunda, qiymət artımında sıçrayış qeydə alınarsa, bu, hakim partiyanın mövqelərini zəiflədəcək. Müxalifət üçün ən böyük risk amili isə “Altılı Masa”nın parçalanmasıdır. Həmin masadan hər hansı lider bloku tərk edərsə, onlar üçün risk yaranacaq”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər