Ru
11:31 / 08 İyul 2025

Türkiyəyə qaçan deputat hava limanında saxlanıldı - FOTO

Türkiyəyə qaçan deputat hava limanında saxlanıldı -  FOTO
Eye

Rusiyanın “Yujuralzoloto” şirkətinin sahibi və Dövlət Dumasının deputatı Konstantin Strukov Türkiyəyə uçmağa cəhd edərkən hava limanında saxlanılıb.

Bakupost.az xəbər verir ki, məhkəmə icraçıları onun təyyarəsini müsadirə edib, xarici pasportunu əlindən alıblar.

Bundan əvvəl Rusiya Baş Prokurorluğu Strukovun deputat statusu ilə biznes fəaliyyətini qanunsuz olaraq birləşdirdiyini əsas gətirərək, “Yujuralzoloto”nun milliləşdirilməsini tələb edib.

Bu hadisə ilə bağlı yayılan şərhlərdə deyilir:

""Obşaka" (kriminal fonda) pul lazımdır və bu pullar yalnız orada olmalıdır — “paxan” (kriminal lider) belə əmr edib".

Bu ifadə Kremlin oliqarxlara qarşı apardığı kampaniyanın arxasında kriminal düşüncə tərzi ilə idarə olunan siyasi məqsədlərin dayandığını göstərmək üçün istifadə olunur.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar