Ru
14:26 / 26 Sentyabr 2024

Ukrayna Rusiyaya raket atsa, nüvə müharibəsi olacaq? - TƏHLİL

1177
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni qabaqladı. ABŞ Prezidenti “Ukraynaya verdiyimiz raketlərlə Rusiyanın içərilərinə doğru zərbə vurmağa icazə verək, yoxsa verməyək” sualına cavab axtarana kimi Rusiya Prezidenti ölkəsinin nüvə doktrinasının dəyişdiyini elan etdi".





Bakupost.az xəbər verir ki, bunu politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Putin hər hansı dövlətin adi silahlarla Rusiyaya hücum edəcəyi təqdirdə ona qarşı nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb:

"Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər "müasir hərbi təhdidlərə qarşı" edilib".
E.Şahinoğlu hesab edir ki, Putinin bu qərarıABŞ raketlərindən istifadə məsələsində Kiyevə məhdudiyyət qoya bilər:

"Ancaq məsələ burasındadır ki, Ukrayna ordusu Rusiya ərazisində - Kursk istiqamətində ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərdən istifadə edir. Bu halda Putin düyməyə basacaqmı? Kreml sahibinin hədələri hələ işləmir, ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisində patlayışlara uzun müddət seyrçi qalacaq. Putin ətrafındakı şovinistlərdən də çəkinir. Onlar Rusiya ərazisinin bombalanmasına seyrçi qalan Putinin zəif lider olmasına eyham vura bilərlər. Təsadüfi deyil ki, Kremlin televiziyadakı əsas ruporu Solovyov Kreml sahibinin istefasına eyham vuran cümlə işlədib. Putinin nüvə doktrinasını dəyişdirməyə ətrafındakı şovinistlərin əhval-ruhiyyəsi də təsir edib. Kreml sahibi son qərarıyla həm də Qərb liderlərinə psixoloji təzyiqi artırmağa çalışıb. Müharibə uzanır və Qərbdə yorğunluq əlamətləri özünü göstərir, bəziləri hətta torpaq itkisi hesabına olsa belə, Kiyevə Moskva ilə danışıqlara başlamağı təklif edirlər. Üstəgəl, bəzi Qərb ölkələri Ukraynaya əvvəlki səviyyədə hərbi texnika göndərməkdə çətinlik çəkdiyini açıqlamağa başlayıb. Qərb ölkələrində bu tendensiya güclənərsə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşəcək".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar