Ru
22:53 / 09 Fevral 2026

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...
Eye

Ölkələrimizin danışıqları başa vurduğunu və Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzaladığını elan etməkdən qürur duyuruq.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens İrəvanda bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatında deyib.

“Bu proses başladıqdan sonra Amerika və Ermənistan şirkətlərinin gələcək layihələri üçün yol açacaq. Söhbət təxminən 5 milyard dollarlıq ilkin investisiyadan, ikinci mərhələdə isə əlavə 4 milyard dollar investisiyadan gedir. Bu, həm Ermənistan, həm də ölkəmiz üçün qarşılıqlı faydalı bir vəziyyətdir, enerji təhlükəsizliyini və sabitliyini təmin edir, həm də ABŞ-da və Ermənistanda çoxsaylı iş yerləri yaradır.

Söhbət kiçik modul reaktorlardan gedir, yəni Amerika texnologiyası bu ölkəyə gələcək. Ölkəmiz çox nadir hallarda bu cür texnologiyanı başqa bir ölkəyə ötürür və bu, baş nazirinizin liderliyi sayəsində mümkün olub”, - deyə Vens Paşinyana jest edildiyini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq ticarət və tranzit üçün yeni bir dünya açılacaq ki, bu da sülh prosesinə töhfə verəcək: “Biz yaradılan sülhün yaşamasını istəyirik”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar